Slimfit
  1. SİYASƏT

"Ümid edirik ki, mina xəritələri və itkin düşmüş şəxslərin məzar yerləri barədə məlumatlar bizə veriləcək"

"Ümid edirik ki, mina xəritələri və itkin düşmüş şəxslərin məzar yerləri barədə məlumatlar bizə veriləcək"
Sakura

"Ümid edirik ki, mina xəritələri və itkin düşmüş şəxslərin məzar yerləri barədə məlumatlar bizə veriləcək"

"2020-ci ildə baş vermiş Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına böyük ümidlər yaratsa da, hazırda bizə mane olan əsas amil ərazilərin minalar və partlamamış sursatlarla çirkləndirilməsidir".

APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov "Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər" mövzusunda ilk beynəlxalq konfransda deyib.

"İşğaldan azad edilmiş ərazilərdə basdırılmış minalar bizə məlum olan məzar yerlərində çöl işlərini, o cümlədən qazıntı və ekshumasiya aparmağa imkan vermir, itkin ailələrinin iztirablarının uzanmasını şərtləndirir. Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Azərbaycan tərəfinə təqdim ediləcək. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilməsinin aparılması məsələyə qeyd etdiyim formatda münasibətdən çox asılıdır" - deyə o qeyd edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR