Slimfit
  1. CƏMİYYƏT

Ülvi Mehdiyev: “Sərt karantin günlərində aptekə getməyə icazə verilmir”

Ülvi Mehdiyev: “Sərt karantin günlərində aptekə getməyə icazə verilmir”
Sakura

Ülvi Mehdiyev: “Sərt karantin günlərində aptekə getməyə icazə verilmir”

“14-16 iyun tarixlərində tətbiq ediləcək sərt karantin günlərində vətəndaşlar zəruri dərmanlarını onlayn şəkildə sifariş verməli olacaqlar”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. 

Ü.Mehdiyevin sözlərinə görə, həmin günlərdə icazə portalından izn alaraq fəaliyyət göstərəcək apteklərin əlaqə nömrələri ictimaiyyətə açıqlanacaq:

“Vətəndaşların sərt karantin günlərində aptekə getmələrinə icazə verilmir. Bununla bağlı daha əvvəl də vətəndaşlara çağırış etmişdik. Yaxşı olar ki, onlar iki günlük qida, su, dərman və başqa ehtiyaclarını əvvəlcədən təmin etsinlər.

Yəni onlayn apteklərə ekstremal hallarda müraciət edilməsi tövsiyə olunur. Ötən praktikadan da məlum olduğu kimi, vətəndaşlar bir çox hallarda zəruri olmayan hallarla bağlı müraciət edirlər”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR