Slimfit
  1. AZƏRBAYCAN

Ülvi Mehdiyev: "ASAN xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar xidmətlər göstərəcək"

Ülvi Mehdiyev: "ASAN xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar xidmətlər göstərəcək"
Sakura

Ülvi Mehdiyev: "ASAN xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar xidmətlər göstərəcək"

 "ASAN və Diasporla İş üzrə Dövlət Komitəsibirgə xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar xidmətlər göstərəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsi ilə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.

O bildirib ki, memorandumun imzalanmasının məqsədi xaricdə yaşayan azərbaycanlıların işini asanlaşdırmaqdan ibarətdir. "Komitə ilə birlikdə xaricdə yaşayan azərbaycanlılar üçün səyyar xidmət göstəriləcək. Bununla yanaşı, soydaşlarımız elektron xidmətlərdən də faydalana biləcəklər".

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov isə deyib ki, xaricdə yaşayan azərbaycanlıların işlərinin asanlaşdırılması üçün DİDK, ASAN xidmət və Xarici İşlər Nazirliyi birgə işçi qrup yaradacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR