Dərc edildi: Baxış sayı: 778
Ululu Kərim - Darayı bağlar
Yüz on dörd dərvişin on dörd püstii var,
Hər püstündə səkkiz darayı bağlar.
Altı min, altı yüz, altmış altı gün,
Tutubdur dörd dəstə darayı bağlar.
Hər zaman qumlu bir çadır otaq,
Dörd darvazası var hər biri üç tağ,
On iki fanustu, qırx səkkiz çıraq,
Üç yüz altmış tənəf darayı bağlar.
Kərim tifil ikən bala bələndi,
Əmdi ləbin şəftin bala bələndi,
Hicrandan çulğaşdı bala bələndi
Qəmdən bələk bükən darayı bağlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət