Slimfit
  1. MARAQLI

Ulu Öndər və Gəncə

Ulu Öndər və Gəncə
Sakura

Ulu Öndər və Gəncə

Azərbaycan Respublikası dünya birliyinin layiqli subyekti olmaq üçün hərtərəfli maddi, mənəvi, iqqtisadi və siyasi bazaya malikdir. Bu bazanın əsasını təşkil edən potensial isə məhz 20-ci əsrin 70-80-ci illərində ümümilli lider Heydər Əliyev tərəfindən qoyulub desək yanılmış olmarıq. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə iqtisaydiyyatın inkişaf etdiriliməsi, əhalinin sosial-rifah halının yaxşılaşdırılması hər zaman Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz onun rəhbərlik etdiyi illərdə Gəncədə xeyli sayda müəssisələr yaradılaraq əhalinin xidmətinə verilib, şəhərdə qüdrətli sosial-iqtisadi baza yaradılıb.

Heydər Əliyev Gəncənin Azərbaycan tarixindəki yerini və mövqeyini yaxşı bilirdi. Bu səbəbdən də Respublikanın 2-ci böyük sənaye şəhəri daim diqqətdə saxlanılırdı. Məqsəd Gəncənin potensialının gücləndirilməsi , gələcəyə yönəlmiş lahiyyələrin icraası idi. 

Ulu Öndər Özü demişdir ki “Biz hamımız-harada yaşamasından asılı olmayaraq, hər bir azərbaaycanlı Gəncə ilə onun qədim və zəngin tarixi ilə fəxr edirik”

1970-ci ildə Heydər Əliyev Gəncəyə ilk işgüzar səfərini edir. Məqsəd  strateji baxımdan əhəmiyyətli mövqeyə sahib olan şəhərin sənaye və tikinti potensialının gücləndirilməsi olur.

1980-ci ilin iyul ayında Ulu Öndər Heydər Əliyevin Gəncəyə baş tutan səfər zamanı şəhərdə iri-həcmli sərnişin təyyarələrini qəbul etmək imkanını yaradan Gəncə Hava limanının genişləndirilməsi məsələsi öz həllini tapır. Heydər Əliyevin təşəbbüsü ilə inşa edilərək istifadəyə verilən “ Büllur” zavodunun acılışı olur. Quru Qobu ərazisində salınmaqda olan “Xatirə” parkının acılışında iştirak edib.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da ilk işgüzar səfərini Gəncəyə edir.

1993-cü ilin dekabr ayinın 13-də Ulu Öndər şəhər sakinləri və fəallarla görüşür. Həmin görüşdə müstəqil Azərbaycan dövlətinin inkişafı, şəhər iqtisadiyyatının dirçəlməsi,bazar iqtisadiyyatına keçid,ölkə daxilində sabitliyin qorunması yolunda təxirəsalınmaz təbdirlər müzakirə edilib.

Gəncədə ilk Olimpiya kompleksinin açılışıda məhz onun əməyi ilə bağlıdır. Buda gənclərə olan diqqət və qayğıdan xəbər verir. Ulu Öndər Azərbaycanın hər bir bölgəsinə diqqət və qayğı göstərdiyi kimi eləcədə Gəncənin inkişaf etməsinə cox önəm verirdi. “Yeni Gəncə” yaşayiş massivi və “ Gülüstan” qəsəbəsi məhz həmin dövrə təsadüf edib. Gəncəyə göstərilən diqqət və qayğıya şəhərin tarixi və strateji önəmi ilə yanaşı Heydər Əliyevin həyatının kiçik bir hissəsinin Gəncədə keçməsi də təsir edib.  Heydər Əliyev Azərbaycanın təkcə keçmişi deyil,  həmdə bu günü və gələcəyidir. Onun ideyaları yaşayir, zəngin siyasi və dövlətçilik irsi ölkəmizin inkişafı yoluna işiq salır. 

Gəncəlilər həmişə bütün  dövrlərdə Heydər Əliyevə böyük hörmət  və etimad göstərib. Onun xatirəsinə daim hörmət və məhəbbət xalqımızın dövlətçilik ənənəsininvacib tərkib hissəsinə çevrilib.

Azərbaycanın dahi tarixi şəxsiyyətləri arasında Heydər Əliyev ən layiqli yer tutur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR