Slimfit
  1. AZƏRBAYCAN

Ulan-Udedə ehtiyacı olanlara kömək edən azərbaycanlı ulduza çevrildi

Ulan-Udedə ehtiyacı olanlara kömək edən azərbaycanlı ulduza çevrildi
Sakura

Ulan-Udedə ehtiyacı olanlara kömək edən azərbaycanlı ulduza çevrildi

Bütün dünyada yaşayan azərbaycanlıların öz həmvətənləri ilə fəxr etməsi üçün daha bir səbəb var. “Andrey Malaxov. Birbaşa efir” tok-şousunun son buraxılışından sonra Rusiyanın Ulan-Ude şəhərində meyvə dükanının sahibi olan Xalid Heydərovun xeyriyyəçilik fəaliyyəti barədə geniş ictimaiyyətə məlum oldu. Koronavirusa həsr olunan veriliş dünən yayımlanıb.

Pandemiya və karantin tədbirləri ilə əlaqədar dünyada yaranmış çətin vəziyyətdən bəhs edən aparıcı xeyirxahlığın və mərhəmətin ibrətamiz nümunəsini nümayiş etdirib, Ulan-Udedə bir sahibkarın ehtiyacı olan vətəndaşlara meyvə paylayaraq, necə kömək etdiyi barədə süjet təqdim edib.

Xalid Heydərov Rusiya televiziyasının müxbirlərinə bildirib ki, “Instagram”da gecə-gündüz xəstəxanalarda çalışan həkimlər haqqında videoları gördükdən sonra onda da kömək etmək fikri yaranıb, koronavirusla mübarizə üçün ümumi səylərə töhfə verməyə borclu olduğunu düşünüb.

X.Heydərov hər səhərini özünütəcrid rejimində olan yaşlı və ehtiyacı olan insanlara qida paketlərini çatdırmaqla başlayır. Paketlərdə yalnız meyvələr deyil, digər ərzaq məhsulları da olur. Onları Xalidin sosial təşəbbüsə qoşulmaq çağırışına cavab verənlər çatdırırlar. Bəzi məhsullar, həmçinin meyvələrin bir qismi mağazada saxlanılır ki, onları almaq imkanı olmayanlar istədikləri vaxt pulsuz götürə bilsinlər.

Həmyerlimizin hərəkətini şərh edən Andrey Malaxov karantin dövrünü ən yaxşı keyfiyyətləri nümayiş etdirmə vaxtı adlandırıb.

Media.Az verilişin qəhrəmanı ilə əlaqə saxlayıb. Məlum olub ki, 29 yaşlı Xalid Heydərov Azərbaycanın İmişli rayonunun Ağcur kəndindəndir. O, 2009-cu ildə Ulan-Ude şəhərində yaşayan atasının yanına köçüb. Ana, bacı və qardaşı vətəndə yaşamağa davam edir. Xalid artıq səkkiz ildir ki, meyvə dükanının sahibidir.

O, çətin vəziyyətdə olan insanlar haqqında məlumatları sosial şəbəkələr vasitəsilə alır. Sonra yardımları şəxsən özü daşıyır. Xalidin sözlərinə görə, insanların səmimi təəccübü, minnətdarlıq sözləri onu ruhlandırır və həvəsləndirir. O, heç bir pulun bunu əvəz edə bilməyəcəyinə əminliyini ifadə edib.

“İndi zərərə işləyirəm. Ancaq şikayət etmirəm, çünki düzgün hərəkət edirəm, çətin anlarda insanlara kömək etmək lazımdır. İstəyirəm, hamı bilsin ki, azərbaycanlılar Rusiyada təkcə qazanmırlar, əksinə, ehtiyac olduqda kömək də edirlər”, - deyə X.Heydərov bildirib.

O etiraf edib ki, veriliş yayımlandıqdan sonra Azərbaycandan bir çox qohum və dostu ona zəng edib.

“Dedilər ki, mənimlə fəxr edirlər. Hamıya müraciət etmək istəyirəm - yaxşılıq edin. Və bu, bir gün mütləq sizə qayıdacaq!”, - deyə X.Heydərov sözlərini yekunlaşdırıb.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR