"Ukraynaya heç bir silah verə bilmərik" - Kipr hökuməti
Kipr hakimiyyəti öz hərbi texnika və silahlarını Ukraynaya vermək niyyətində deyil, çünki respublikanın öz təhlükəsizliyini təmin etmək üçün onlara ehtiyacı var.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu aprelin 7-də hökumətin sözçüsü Konstantinos Letimpiotis Kipr və Ukrayna müdafiə nazirləri arasında danışıqları şərh edərkən deyib.
"Bizim üçün ciddi bir məsələ var ki, Kipr silahsız qala bilməz. Biz başqa məqsədlər üçün heç bir silah verə bilmərik, çünki müdafiə ölkəmiz üçün əsas prioritetdir", - deyə o, müsahibəsində bildirib. O, əlavə edib ki, respublika hökuməti bu mövqeyi dəfələrlə vurğulayıb.
Kipr hökumətinin Mətbuat və İnformasiya Bürosunun məlumatına görə isə, Kipr və Ukraynanın hərbi idarələrinin rəhbərləri Mixalis Yorqallas və adada səfərdə olan Aleksey Reznikov Ukraynadakı hadisələri və təhlükəsizlik vəziyyətini müzakirə ediblər. "Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ukraynaya göstərilən humanitar yardım, həmçinin Kiprin Ukrayna və onun xalqına daha geniş dəstəyi ilə bağlı fikir mübadiləsi aparıblar", - deyə açıqlamada bildirilir.
Qeyd dək ki, Avropa İttifaqı (Aİ) Şurasının planına görə Avropa Sülh Fondundan Ukraynaya 12 ay ərzində 1 milyon döyüş sursatı tədarükü üçün 2 milyard avro ayrılması və iki dəfə artırılması nəzərdə tutulur.
Kiprin müdafiə naziri Yorqallas bildirib ki, ölkə hakimiyyəti Ukraynaya minatəmizləmə mütəxəssislərinin hazırlanmasında kömək edəcək. “Biz minaların təmizlənməsi və aşkarlanması ilə məşğul olan Ukraynalı kadrları yerləşdirəcəyik”, o, Sigma telekanalına müsahibəsində deyib. Öz növbəsində Kiprin “Politis” nəşri aprelin sonunda 18 ukraynalı əsgərdən ibarət qrupun Kiprə gələcəyini yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət