Dərc edildi: Baxış sayı: 517
Ukraynanın yeni XİN başçısı Bakıya gələcək
Ukraynanın yeni xarici işlər naziri Vadim Pristayko Azərbaycana səfərə gələcək.
Report-un məlumatına görə, nazir oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə iştirak edəcək.
V.Pristayko səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev sentyabrın 13-də bu ölkənin yeni xarici işlər naziri Vadim Pristayko ilə görüşüb.
Səfir V.Pristaykoya oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünə rəsmi dəvəti təqdim edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət