Dərc edildi: Baxış sayı: 222
Ukraynanın əks hücumu bu müddətə davam edə bilər
“Ukraynanın əks-hücum əməliyyatı bir neçə gün əvvəl başlayıb və diqqətlə planlaşdırılıb”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
O, əks-hücumunun bir neçə həftə və ya aylarla davam edəcəyini qeyd edib.
“Avropalı müttəfiqlər müəyyən çərçivələr daxilində, yəni “Rusiyanı cəzalandırmaq”, onun hərbi səylərini iflic etmək, Ukraynaya müqavimət göstərməyə və ərazini geri almağa kömək etmək məqsədi ilə “onun həyata keçirilməsinə kömək etmək üçün hər şeyi ediblər”, - deyə Makron əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət