Dərc edildi: Baxış sayı: 194
Ukraynanın dövlət borcu rekord həddə çatıb
Ukraynanın dövlət borcu 155,56 milyard dollarla rekord həddə çatıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, dövlət borcunun ümumi həcmi sentyabr ayında əvvəlki ayla müqayisədə 0,56% artıb.
Ötən gün Beynəlxalq Valyuta Fondunun Büdcə Məsələləri Departamentinin direktor müavini İra Dabla-Norris bildirib ki, Ukrayna hakimiyyət orqanları artan ictimai risklərlə mübarizə aparmaq üçün vergi sistemlərində islahatlar aparmalı və vergidən yayınma ilə mübarizə tədbirlərini gücləndirməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət