Ukraynanın dörd vilayətində vəziyyət gərgindir: Rusiya İran dronları ilə hücum edib
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Odessa, Zaporojye, Xarkov və Donetsk vilayətlərində vəziyyət olduqca gərgin olub. Odessa vilayətinə raket hücumları ilə yanaşı, 11 İran istehsalı “Şahed” dronunun hücumu da qeydə alınıb. Nəticədə Odessa vilayətində bəzi obyektlərə ciddi ziyan dəyib.
Xüsusi müxbir Xerson vilayətində həlak olan azərbaycanlılar haqqında da məlumat verib. Qeyd edib ki, Aleşki qəsəbəsindən Krıma tərəvəz məhsulları satmağa aparan Zərdab sakini, 1995-ci il təvəllüdlü Ramiz Abuzər oğlu Qədirli və 1992-ci il təvəllüdlü Orxan Mahir oğlu Əzizli tank atəşi nəticəsində həlak olublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət