Dərc edildi: Baxış sayı: 1708
Ukraynanın Azərbaycandakı səfirliyində parlament seçkiləri üzrə səsvermə başlayıb
Ukraynada Ali Radaya növbədənkənar seçkilər üzrə səsvermə start götürüb.
“Report” xəbər verir ki, Azərbaycanda olan Ukrayna vətəndaşları bu ölkənin Bakıdakı səfirliyində açılmış 3 saylı seçki məntəqəsində öz səslərini verə bilərlər.
Ukrayna səfirliyindən verilən məlumata görə, sözügedən məntəqə Bakı vaxtı ilə 09:00-da fəaliyyətə başlayıb və 21:00-da işinə yekun vuracaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət