Ukraynalı ekspert: Azərbaycan Kiyevin tərəfdaşıdır
Bu fikirləri Media.Az-a açıqlamasında Ukrayna prezidentliyinə sabiq namizəd, “Vahid Koordinasiya Mərkəzi” sosial-humanitar təşəbbüslər və innovasiyalar platforması ictimai təşkilatının təsisçisi Ruslan Rıqovanov deyib.
Ukrayna xarici siyasət idarəsinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna Ukrayna vətəndaşlarının ziyarətinin yolverilməzliyi ilə bağlı bəyanatına rəsmi Yerevanın mənfi reaksiya verməsini şərh edən siyasətçi bildirib ki, Kiyev geri çəkilməyəcək, axı Ukraynanın da ərazi bütövlüyü ilə bağlı problemi var.
Bununla yanaşı, o əlavə edib ki, Kiyev Ermənistanla böyük qarşıdurma olmaması üçün vəziyyəti qeyri-rəsmi kanallar vasitəsilə düzəltməyə çalışa bilər.
“Etiraf etməliyik ki, hazırda Ukrayna üçün xarici siyasət gündəliyi tam formalaşmayıb. Əvvəllər isə bu məsələ, ümumiyyətlə, olmayıb (Dağlıq Qarabağ – red.). Kimsə bizim XİN-də bu məsələni qaldırdı, təsdiq aldı və bəyanat verildi”, - R.Rıqovanov qeyd edib.
Öz növbəsində, politoloq Aleksey Poltorakov Media.Az-a deyib ki, Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və rəsmi Kiyevin Azərbaycanın işğal altındakı torpaqları ilə bəyanatı təsadüfi deyil.
“Ukraynanın hazırkı Xarici İşlər Nazirliyi Vadim Pristayko özünü aktiv diplomat kimi göstərməyə çalışır. Bununla sabiq XİN rəhbəri Pavl Klimkindən fərqlənir. Qeyd etmək lazımdır ki, son illər bizim postsovet vektorumuz axsayıb. Ancaq hazırda maraq yaranır.
Biz Azərbaycanı təkcə müdafiə, neft və qaz məsələlərində deyil, həmçinin bir çox məsələdə strateji tərəfdaş kimi görürük. Ona görə də Ukrayna XİN-in bəyanatı öz növbəsində gələcəyin təməli üçün Azərbaycana kiçik bir ehtiramdır”, - ekspert deyib.
Onun sözlərinə görə, Kiyev Ermənistanın BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləmədiyini unutmayıb.
“Diplomatiya qarşılıqlı prinsipə əsaslanır. Kiyev Ermənistanın BMT-də səsverməsini xatırlaya bilər (O zaman Yerevan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməmişdi – red.). Gürcüstanla bağlı dəqiq vəziyyət həmişə olub. Qarabağ məsələsinə isə Ukrayna əvvəllər heç vaxt qarışmayıb”, - A.Poltorakov qeyd edib.
Ukrayna XİN-in bəyanatında bildirilib ki, Ukrayna vətəndaşları Dağlıq Qarabağ, Abxaziya və Tsxinvali bölgəsi / Cənubi Osetiya, eləcə də, onlara yanaşı ətraf ərazilərə baş çəkmək qərarına gəldikdə Azərbaycan Respublikası və Gürcüstan qanunvericiliyini əldə rəhbər tutmalıdırlar. Ukrayna xarici siyasət idarəsi qeyd edib ki, bu qanunvericiliyin pozulması inzibati və cinayət məsuliyyəti daşıyır.
Ukrayna vətəndaşları Dağlıq Qarabağ, Abxaziya və Tsxinvali bölgəsi / Cənubi Osetiya, eləcə də, onlara yanaşı ətraf ərazilərə baş çəkmək qərarına gəldikdə, Azərbaycan Respublikası və Gürcüstan qanunvericiliyini əldə rəhbər tutmalıdırlar.
“Bu qanunvericiliyin pozulması inzibati və cinayət məsuliyyəti daşıyır”, - deyə bəyanatda bildirilir.
Rəsmi Kiyevin bu bəyanatı Ermənistan XİN tərəfindən narazılıqla qarşılanıb. Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bəyan edib ki, Kiyevin Qarabağ məsələsi ilə bağlı bəyanatı münaqişənin sülh yolu ilə həllinə kömək etmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət