Dərc edildi: Baxış sayı: 606
Ukraynalı balet ulduzları Bakı teatrının səhnəsində çıxış edib
Adolf Adanın “Jizel” ikipərdəli baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti dəfə tamaşaçılara təqdim olunub.
AZƏRTAC xəbər verir ki, quruluşçu baletmeysteri Xalq artisti Qəmər Almaszadə olan səhnə əsərində Jizel və Qaeraf Albert rolunu ukraynalı balet ulduzları Tatyana Qolyakova və Stanislav Olşanski ifa edib.
Səhnə əsəri Əməkdar artist, teatrın baş dirijoru Əyyub Quliyev tərəfindən idarə edilib.
Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, balet maraqla qarşılanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət