Dərc edildi: Baxış sayı: 224
Ukraynadan xəbərdarlıq: Bu ssenari baha başa gələcək!
Dünya birliyi Rusiyanın döyüş meydanında strateji məğlubiyyətinə qarşı hər hansı alternativ ssenari seçərsə, bu, ona baha başa gələcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Artıq aydındır ki, Rusiyanın döyüş meydanında strateji məğlubiyyəti, ardınca qoşunların tələsik çıxarılması və daxili siyasi transformasiyanın başlamasına qarşı istənilən “alternativ” bu gün Ukraynaya birbaşa dəstəkdən daha baha başa gələcək”, - Podolyak vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət