Dərc edildi: Baxış sayı: 594
Ukraynadan Türkiyəyə nota: Ərdoğanla görüş...
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Krım millət vəkilləri – Ruslan Balbek və Natalya Poklonskayanın Türkiyəyə səfərindən dolayı Ankaraya rəsmi nota verib.
Axar.az xəbər verir ki, bu barədə “Avropa həqiqətləri” nəşri məlumat yayıb.
“Ukraynanın işğal edilmiş ərazilərindən qanunsuz deputat seçilən siyasətçilərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü narahatlıq doğurur. Ukrayna artıq bu görüşdən dolayı nota göndərib. Türkiyə səfiri XİN-ə çağırılıb”, - deyə bildirilib.
Qeyd edək ki, Türkiyəyə səfər etmiş N.Poklonskaya və R.Balbek Ərdoğanla görüşüblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət