Dərc edildi: Baxış sayı: 205
Ukraynadan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Bu ilin əvvəlindən avqust ayına qədər 26 Azərbaycan vətəndaşı məcburi qaydada Ukraynadan deportasiya olunub.
Ens.Az-ın məlumatına görə,bu barədə “Report”un Şərqi Avropa bürosuna Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildiriblər.
Məlumatda o da qeyd olunur ki, bu müddət ərzində 162 Azərbaycan vətəndaşı məcburi qaydada geri qaytarılıb. Bu qərarlara səbəb kimi həmin şəxslərin Ukraynanın mövcud qanun və qaydalarına əməl etməmələri göstərilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət