Dərc edildi: Baxış sayı: 541
Ukraynadan Çinə uçuşlar dayandırılır
Koronavirusun yayılma riski artdığına görə fevralın 3-dən Ukrayna Çinlə birbaşa hava uçuşlarını dayandıracaq.
Modern.az xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Ukrayna Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsini icra edən İqor Kuzin məlumat verib. Onun sözlərinə görə, Çində yayılan virusla bağlı vəziyyət stabilləşənə qədər Ukrayna ilə bu ölkə arasında birbaşa hava reysi həyata keçirilməyəcək (Azərtac).
Xatırladaq ki, Borispol hava limanında Çindən birbaşa reyslə gələn sərnişinlər koronavirusun yayılması ilə əlaqədar temperatur müayinəsindən keçirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət