Slimfit
  1. SİYASƏT

Ukraynada vəziyyət çox ağırdır, məni geri çağırıblar - Elmira Axundova

Ukraynada vəziyyət çox ağırdır, məni geri çağırıblar - Elmira Axundova
Sakura

Ukraynada vəziyyət çox ağırdır, məni geri çağırıblar - Elmira Axundova

Ukraynada vəziyyət çox ağırdır. Artıq mən neçə aydır orada deyiləm, geri çağırıblar. Məsləhət bilinsə, qayıdacağam.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.

O bildirib ki, Ukraynada Azərbaycan vətəndaşları çoxdur:

“Gənclərin valideynləri ilə dəfələrlə danışmışıq və onlara hələlik ora getməmələrini məsləhət görürəm. Azərbaycanlılar Ukrayna vətəndaşlarıdırsa, döyüşdə iştirak edə bilərlər.

Əks təqdirdə Azərbaycan vətəndaşı olaraq orada müharibədə iştirak etmək düzgün deyil. Azərbaycan qanunvericiliyi də buna yol vermir və onu muzdlu işçi kimi qəbul edir. Təbii ki, belə hallar yaşandıqda vətəndaşlar arasında da narazılıqlar yaranır”.

E.Axundova qeyd edib ki, Kiyevdə isə vəziyyət daha yaxşıdır, çünki orada hava hücumundan müdafiə sistemləri ilə bir çox hücumları dəf edə bilirlər:

“Hətta Kiyevdə insanlar müharibə getmirmişcəsinə yaşayırlar”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR