Slimfit
  1. DÜNYA

Ukraynada seçkilər yalnız bu halda keçiriləcək – Blinken

Ukraynada seçkilər yalnız bu halda keçiriləcək – Blinken
Sakura

Ukraynada seçkilər yalnız bu halda keçiriləcək – Blinken

“Vətəndaşlar şərtlərin buna imkan verməsi ilə razılaşanda Ukraynada seçkilər baş tutacaq”.

Ens.az globalinfo.az-a istinadən xəbər verir ki,bunu ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken deyib.

O bildirib ki, bütün ukraynalılar səsvermə hüququndan istifadə edə biləcəklər.

Blinken əlavə edib ki, Vaşinqton Kiyevlə seçki infrastrukturunu gücləndirmək üçün işləyir.

O, həmçinin qeyd edib ki, Qərb yaxın günlərdə Ukraynaya daha çox hərbi yardım göndərəcək.

“Qərb Ukraynada vaxt itirməyin ağır nəticələrə səbəb olacağını başa düşür və yaxın günlərdə döyüş meydanına indikindən qat-qat çox hərbi yardım çatdıracaq”, – Blinken vurğulayıb.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri 2024-cü il martın 31-də, yeni seçilmiş dövlət başçısının andiçmə mərasimi isə mayda baş tutmalı idi. Lakin hərbi vəziyyət və ümumi səfərbərliyə görə seçkilər ləğv edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR