Dərc edildi: Baxış sayı: 621
Ukraynada prezidentliyə namizədlərin seçki kampaniyasına start verilib
Ukraynada dövlət başçısı vəzifəsinə namizədlərin seçki kampaniyasına start verilib.
Bu barədə "Report" "RT"-a istinadən xəbər verir.
Məlumata görə, kampaniya 90 gün davam edəcək. Qeyd edilib ki, namizədlərin irəli sürülməsi və sənədlərin MSK-ya təqdim edilməsi 2019-cu il fevralın 3-dək aparılacaq.
Aparılan sonuncu sorğunun nəticələrinə görə, Ukraynada prezidentliyə namizədlərin reytinqində "Batkivşina" partiyasının rəhbəri Yuliya Timoşenko və şoumen Vladimir Zelenski liderlik edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət