Slimfit
  1. DÜNYA

Ukraynada nazir vaxt verdi, polis kazinolara qarşı hərəkətə keçdi

Ukraynada nazir vaxt verdi, polis kazinolara qarşı hərəkətə keçdi
Sakura

Ukraynada nazir vaxt verdi, polis kazinolara qarşı hərəkətə keçdi

“Ukrayna Milli Polisi yaxın bir neçə saat ərzində ölkə ərazisində fəaliyyət göstərən bütün kazino və digər oyun məkanlarını bağlayacaq”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Daxili işlər naziri Arsen Avakov məlumat yayıb.

“Mən Milli Polisdən dekabrın 20-də (Bakı vaxtı ilə 18:00-a qədər) hökumətin qərarına əsasən qumar müəssisələrinin fəaliyyətini dayandırmasını tələb edirəm”, -deyə nazir bildirib.

Nazir qeyd edib ki, bu məsələ Ali Rada tərəfindən qəbul ediləcək xüsusi qanunla tənzimlənəcək. 

Milli Polis İdarəsinin sədri İqor Klimenko polisin əmri yerinə yetirməyə hazır olduğunu söyləyib.

Xatırladaq ki, Ukraynada qumar oyunlarına qadağa 2009-cu ildən, Viktor Yuşşenkonun prezidentliyindən bəri qüvvədədir. Sadəcə dövlət praktik olaraq ona nəzarəti itirib. Bu yaxınlarda Ukrayna hökuməti Radaya qumar oyunlarının leqallaşdırılması ilə bağlı qanun layihəsi təqdim edib. Hökumət başçısı Aleksey Qonçaruk qumar oyunlarının leqallaşdırılmasının iqtisadi təsirinin 2-2,5 milyard qrivna dəyərində olacağını açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR