Dərc edildi: Baxış sayı: 322
Ukraynada müharibə nəticəsində 500 uşaq həlak olub
Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 500 uşaq həlak olub.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, müharibə nəticəsində Ukraynada 1597-dən çox uşaq zərər çəkib, 500 uşaq həlak olub, 1097-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu, yekun rəqəmlər deyil. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir.
Uşaqların ən çox Donetsk (485), Xarkov (298), Kiyev (129), Xerson (118), Nikolayev (97), Zaporojye (99), Çerniqov (71) və Luqansk (67) vilayətlərində zərər çəkdiyi bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət