Slimfit
  1. QADINLAR ÜÇÜN

Ukraynada keçiriləcək beynəlxalq sammitdə 54 ölkə iştirak edəcək

Ukraynada keçiriləcək beynəlxalq sammitdə 54 ölkə iştirak edəcək
Sakura

Ukraynada keçiriləcək beynəlxalq sammitdə 54 ölkə iştirak edəcək

Apreldə Ukraynada keçiriləcək Beynəlxalq İcmalar və Regionlar Sammitində iştirak 54 ölkənin nümayəndələri tərəfindən təsdiqlənib.
Bizimyol.info xəbər verir ki, Ukrayna Prezident Aparatının məlumatına görə, bunu Prezident yanında Yerli və Regional Hakimiyyətlər Konqresinin Rəyasət Heyətinin iclasında sözügedən sammitə hazırlıq məsələlərinin müzakirəsi zamanı Prezident Aparatı rəhbərinin müavini Aleksiy Kuleba deyib. İclasa Prezident Aparatının rəhbəri Andrey Yermak sədrlik edib.

Belə ki, Kulebanın sözlərinə görə, bu günədək 18 ölkədən 91 nümayəndə sammitdə şəxsi iştirakını təsdiqləyib, 36 dövlətdən daha 111 nümayəndə isə onlayn qoşulmağa hazırdır. Nümayəndə heyətləri Ukraynanın hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş və ya Rusiyanın işğalı altında olan bölgələrinə səfər edəcəklər.

Kuleba qeyd edib ki, bu gündən etibarən dəvət olunmuş iştirakçılar Kiyev və Çerniqov vilayətlərinə səfər etmək arzusunu bildiriblər.

Qarşıdan gələn sammit, Yermakın qeyd etdiyi kimi, müxtəlif dövlətlərin və xarici icmaların nümayəndələrinin ən yüksək səviyyədə iştirakı ilə mühüm beynəlxalq tədbirə çevriləcək. Belə platforma sayəsində yerli hakimiyyət orqanlarının nümayəndələri dövlətin müharibədən sonrakı bərpası, cəmiyyətin həyatını normallaşdırmaq təşəbbüsləri məsələlərini birbaşa müzakirə edə bilərlər.

“Bu gün artıq çoxlu əməkdaşlıq nümunələrimiz var, lakin hamı bizdən daha strukturlaşdırılmış proqram gözləyir. Və ümid edirəm ki, Konqres belə bir platformaya çevriləcək”, - deyə Yermak bildirib.

Sammitdə beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Ukrayna ərazilərinin reinteqrasiyası, humanitar problemlərin aradan qaldırılması, icmaların həyatının bərpası məsələlərinin müzakirəsi nəzərdə tutulur. Tədbir iştirakçıları ərazilərin minalardan təmizlənməsi və innovativ inkişaf məsələsini də qaldıracaqlar.

Sammitin yekunu olaraq bələdiyyələr səviyyəsində yekun bəyannamənin və bir sıra tərəfdaşlıq sazişlərinin imzalanması planlaşdırılır.

2022-ci il dekabrın 26-da Ukrayna hökumətinin “sülh düsturunu” müzakirə etmək və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoymaq üçün Beynəlxalq Sammit keçirməyi planlaşdırdığı barədə məlumat yayılıb. Sammitin 2023-cü ilin fevral ayının sonuna kimi keçirilməsi gözlənilirdi.

Dünya Bankının hesablamalarına görə, il ərzində genişmiqyaslı müharibə nəticəsində Ukrayna təxminən 290 milyard dollar itki verib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR