Dərc edildi: Baxış sayı: 494
Ukraynada kazinoların fəaliyyəti qanuniləşdirilir
Ukrayna Prezidenti Vladimir Zelenski qumar oyunlarını, xüsusilə beşulduzlu hotellərdə kazinoların fəaliyyətini qanuniləşdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, V.Zelenski bunu İstanbulda keçirilən Ukrayna-Türkiyə biznes forumunda bəyan edib.
"Biz qumar oyunlarını, yəni beşulduzlu otellərdə kazinoların fəaliyyətini qanuniləşdiririk. Bu, Qara dəniz regionunda turizmin inkişafına təkan verəcək”, - deyə Ukrayna Prezidenti əlavə edib.
O bildirib ki, Qara dəniz ölkələri bölgədə turizmin inkişafı üçün birlikdə çalışmalıdırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət