Dərc edildi: Baxış sayı: 438
Ukraynada karantin rejimi mayın 22-dək uzadıldı
Ukraynada mayın 11-dən başlayaraq bir sıra məhdudiyyətlər ləğv edilir.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qərarı Ukrayna Nazirlər Kabineti verib.
Məlumata görə, park, bağça gəzintisi, istirahət məkanlarının ziyarəti, qeyri-ərzaq məhsullarının satışı qadağası mayın 11-dən ləğv edilsə də, karantin rejimi mayın 22-dək uzadılıb.
Xatırladaq ki, Şərqi Avropa ölkəsində indiyədək 12 331 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 1 619 nəfər sağalsa da, 303 nəfər vəfat edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət