Dərc edildi: Baxış sayı: 462
Ukraynada fəlakət siqnalı: Nəticə dəhşətli ola bilər
Bütün məsuliyyətimlə deyirəm: əgər bizə bundan sonra da işləməyə mane olsalar, ölənlərin sayı dəhşətli səviyyəyə qalxacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Səhiyyə naziri İlya Emets deyib.
O bildirib ki, koronavirus Ukraynada sürətlə yayılacaq:
“Koronavirus pandemiyasının ocağı Ukrayna ərazisində sürətlə yayılır”.
Emets əlavə edib ki, Ukrayna sərt tədbirlərlə hələlik Ukraynada koronavirusun genişlənməsini lokallaşdırmağa nail olur. O, bütün ukraynalılara çağırış edərək, təhlükəsizlik qaydalarına ciddi əməl edilməsini istəyib.
Qeyd edək ki. hazırda Ukraynada 145 nəfər koronavirusa yoluxub, bu virusdan ölənlərin sayı isə 5 nəfərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət