Dərc edildi: Baxış sayı: 730
Ukraynada bazarda əməliyyat keçirildi, azərbaycanlılar saxlanıldı
Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlıların da çalışdığı “Stoliçnıy” bazarında əməliyyat keçirilib. Bazarın 150-dən çox işçisi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi saytında məlumat yer alıb.
Bildirilir ki, əməliyyat zamanı miqrasiya qanunvericiliyini pozan 18 nəfər saxlanılıb. Saxlanılanların əsasən Azərbaycan və Özbəkistan vətəndaşları olduğu deyilir.
Saxlanılanlardan altısının ölkədən deportasiya olunacağı deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət