Ukraynada azərbaycanlı gəncə vəzifə verildi
Ukraynada yaşayan azərbaycanlı gəncə Lvov şəhərində YUNESKO-nun nəzdində fəaliyyət göstərən akademiyada yeni vəzifə verilib.
Axar.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin Lvov təşkilatının rəhbəri Şəhriyar Məhərrəmov UUNESKO-nun nəzdindəki Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının Şərq və Cənub ölkələri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Bununla bağlı keçirilən tədbirdə Azərbaycan, Bolqarıstan, Polşa, Yunanıstan, Belarus və Krım tatarlarının cəmiyyətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Akademiyanın rektoru Vasili Tuarçineç bildirib ki, istedadlı gənc kadrların üzə çıxarılması olduqca vacibdir.
Ş.Məhərrəmov fəaliyyəti dövründə istedadlı gənclərin üzə çıxarılması üçün silsilə tədbirlər həyata keçiriləcəyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət