Slimfit
  1. SİYASƏT

Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb

Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
Sakura

Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb

Ukrayna Xarici İşlər Nazirliyi 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaları alqışlayır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Azərbaycan və Ermənistan arasında dövlət suverenliyinə hörmət, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması, ziddiyyətlərin sülh yolu ilə həlli, güc tətbiq etməkdən və ya güc təhdidindən imtina etmək əsasında sərhədin delimitasiyası ölkələr arasında münasibətlərin normallaşması və regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinin zəruri şərtidir”, - sənəddə diqqətə çatdırılıb.

Bəyanata daha sonra deyilir: “Rusiyanın təcavüzkar siyasəti və Rusiyanın Baltikyanı ölkələrə, Qara dəniz regionuna, Cənubi Qafqaza və Mərkəzi Asiyaya davamlı təhdidləri şəraitində Azərbaycan və Ermənistan arasında dövlətlərarası sərhədin delimitasiyası üzrə razılığın əldə edilməsi sabitliyin mühüm amilidir. Biz tərəflərin əldə etdiyi razılaşmaların praktiki olaraq uğurla həyata keçirilməsinə ümid edirik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR