Slimfit
  1. DÜNYA

Ukrayna xaricdən pilotlar dəvət edə bilər

Ukrayna xaricdən pilotlar dəvət edə bilər
Sakura

Ukrayna xaricdən pilotlar dəvət edə bilər

Ukraynanın hakimiyyət orqanları Qərb müttəfiqlərindən ilk F-16 qırıcılarını aldıqdan sonra bu təyyarələri idarə etmək və onlara xidmət göstərmək üçün xarici ölkələrdən pilotlar və texniki işçilər dəvət edə bilər.

Ens.az ikisahil.az-a istinadən xəbər verir ki,bu barədə Ukrayna Ali Radasının nəqliyyat və infrastruktur komitəsinin üzvü Oksana Savçuk milli telemarafonda çıxışı zamanı deyib.

Qeyd edək ki, avqustun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Qərb müttəfiqlərinin Kiyevə F-16 qırıcılarının ilk partiyasının göndərdiyini təsdiqləyib. Lakin o, təyyarələrin sayını və harada yerləşdirildiyini açıqlamayıb.

Bir müddət öncə isə Böyük Britaniyanın “The Economist” jurnalı Ukraynanın Qərb ölkələrindən 10 ədəd F-16 qırıcısı aldığını və ilin sonunadək onların sayının 20-yə çatdırılacağını yazıb. Nəşr, həmçinin 2025-ci il ərzində Ukraynaya ümumilikdə 79 ədəd F-16 qırıcısı göndəriləcəyini bildirib.

Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində Kiyevə yeni silahların, o cümlədən F-16 qırıcılarının tədarükünün cəbhədəki vəziyyəti dəyişməyəcəyini, əksinə, müharibənin uzanmasına gətirib çıxaracağını deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR