Dərc edildi: Baxış sayı: 535
Ukrayna təyyarəsini İran vurubsa... - Kiyevdən bəyanat
Ukrayna Xarici İşlər Nazirliyi Tehranda qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı yeni açıqlama yayıb.
Publika.az xəbər verir ki, açıqlamaya görə, laynerin vurulduğu təsdiqini taparsa Kiyev təzminat tələb edəcək. Nazirlik hadisənin araşdırılması ilə bağlı beynəlxalq komissiyanın qurulmasını tələb edib. Məlumata görə, “qara qutu”nun hansı ölkədə oxunmasına Ukrayna və İran birgə qərar verəcək.
Xatırladaq ki, Tehran-Kiyev marşrutu üzrə uçan layner havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə göyərtədə olan 176 nəfər həyatını itirib. İran hadisənin texniki nasazlıq səbəbiylə baş verdiyini irəli sürüb.
Anar Türkeş
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət