Slimfit
  1. CƏMİYYƏT

Ukrayna səfiri: "Naxçıvan məni çox heyrətləndirdi"

Ukrayna səfiri: "Naxçıvan məni çox heyrətləndirdi"
Sakura

Ukrayna səfiri: "Naxçıvan məni çox heyrətləndirdi"

Naxçıvanda gördüklərim belə deməyə əsas verir ki, burada dini, səhiyyə və ekoturizm inkişaf edib və təbii ki, bütün bunlar turistlər üçün ən arzuolunan məqamlardır. Naxçıvanda insan özünü həm xoşbəxt, həm də sağlam hiss edir. Bütün bunlar Naxçıvanın nadir bir diyar olduğunu göstərir. Bu fikirləri müsahibəsində muxtar respublikada səfərdə olan Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski deyib.

Diplomat səfərinin məqsədi barədə danışaraq deyib: “Bu mənim Naxçıvana ilk səfərimdir. Səfər bu qədim diyar barədə yaddaşımda dərin təəssüratlar yaratdı. Keçirdiyim görüşlər zamanı aydın oldu ki, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, turizm, mədəniyyət sahələri üzrə geniş əməkdaşlıq etmək üçün böyük potensial imkanlar mövcuddur. Təbii ki, Naxçıvana konkret təkliflərlə gəlmişəm. Bunlardan ən vacibi Ukraynanın perspektivli bir əyaləti ilə Naxçıvan Muxtar Respublikası arasında regionlararası əməkdaşlıq əlaqələri qurmaqdır”.

Muxtar respublikanın istehsal potensialının gələcək əməkdaşlıq üçün geniş imkanlar açdığını qeyd edən diplomat bildirib ki, ilkin mərhələdə rəsmi əlaqələri gücləndirmək, sonra isə konkret layihələri reallaşdırmaq nəzərdə tutulur.

Səfir vurğulayıb ki, Naxçıvanda turizmin inkişafı üçün mövcud olan təbii şərait onu çox heyrətləndirdi. O deyib ki, Duzdağ Fizioterapiya Mərkəzi bənzərsiz görünüşə malikdir: “Bu günədək belə mağaralar görsəm də, Naxçıvandakının tam fərqli xüsusiyyətləri, müasir şəraiti var. Gələcəkdə Naxçıvana gəlməyi və həmin səhiyyə ocağında müalicə almağı da düşünürəm. Mən də öz növbəmdə çalışacağam ki, bütün bu müsbət keyfiyyətləri Vətənimdə olan insanlara aşılayım və onlar da buraya üz tutaraq bu imkanlardan istifadə edə bilsinlər. Vladislav Kanevski Naxçıvanla tanış olmaq üçün yaradılan gözəl şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR