Slimfit
  1. COĞRAFİYA

Ukrayna Rusiya ilə “Dostluq Sazişi”ni ləğv etdi

Ukrayna Rusiya ilə “Dostluq Sazişi”ni ləğv etdi
Sakura

Ukrayna Rusiya ilə “Dostluq Sazişi”ni ləğv etdi

 

Ukraynanın prezidenti Petro Poroşenko "Ukrayna ilə Rusiya arasında Dostluq, Əməkdaşlıq və Birlik Sazişinin" ləğvinə dair fərman imzalayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Poroşenkonun fərmanı Ukrayna prezidentinin saytında dərc olunub.

 

Ukrayna Prezidentinin Mətbuat Xidmətindən verilən yazılı şərhdə deyilir ki, fərman Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən həmin Sazişin uzadılmaması ilə bağlı verilən 6 sentyabr 2018-ci il tarixli qərarı təsdiqləmək üçün imzalanıb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında 31 may 1997-ci ildə imzalanmış müqavilə iki ölkə arasındakı əlaqələrin əsas razılaşmalarından biri sayılır və iki ölkəni “strateji tərəfdaş” kimi müəyyənləşdirirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR