Slimfit
  1. İQTİSADİYYAT

Ukrayna prezidenti: 'SOCAR ölkəmizin enerji infrastrukturuna böyük töhfələr verib'

Ukrayna prezidenti: 'SOCAR ölkəmizin enerji infrastrukturuna böyük töhfələr verib'
Sakura

Ukrayna prezidenti: 'SOCAR ölkəmizin enerji infrastrukturuna böyük töhfələr verib'

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Report” xəbər verir ki, bu barədə dövlət başçısı “Facebook”dakı səhifəsində bildirib.

Kiyev şəhərində Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası çərçivəsində keçirilən görüş zamanı SOCAR-ın Ukraynanın enerji infrastrukturunun inkişafına sanballı töhfələr verdiyi qeyd edilib, ölkənin neft-qaz sənayesində SOCAR-ın iştirak edəcəyi yeni sərmayə layihələri müəyyənləşdirilib.

Ukrayna prezidenti həmçinin 2019-cu ilin dekabr ayındakı Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini deyib.

Görüşdə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, "SOCAR Ukraine" MMC-nin baş direktoru Elçin Məmmədov da iştirak ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR