Slimfit
  1. DÜNYA

Ukrayna Prezidenti Danilyuku istefaya göndərəcək

Ukrayna Prezidenti Danilyuku istefaya göndərəcək
Sakura

Ukrayna Prezidenti Danilyuku istefaya göndərəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi Aleksandr Danilyuku istefaya göndərəcək.

Qafqazinfo”nun Ukraynanın “Senzor” portalına istinadən verdiyi xəbərə görə, o,  ABŞ-dan qayıdar-qayıtmaz bir sıra məsləhətləşmələr apardıqdan sonra Danilyukun istefası barədə sənədi imzalamaq qərarına gəlib. Bu barədə yaxın günlərdə fərman verəcək.

Qeyd edək ki, bir neçə gündür ki, Danilyukun  Prezident Ofisinin rəhbəri Andrey Boqdanov və oliqarx İqor Kolomoyski ilə fikir ayrılıqlarına görə postunu tərk edəcəyinə dair məlumat yayılıb. Bildirilir ki, o, V. Zelenski BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka getməzdən öncə bu qərarı alıb. 

Xatırladaq ki, Aleksandr Danilyuk 2019-cu ilin mayında Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib. Buna qədər o, Baş Nazir Vladimir Qroysmanın hakimiyyəti dövründə maliyyə naziri olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR