Dərc edildi: Baxış sayı: 288
Ukrayna Polşa ilə bu məsələdə razılığa gəldi
Polşa və Ukrayna hakimiyyət orqanları birgə müdafiə-sənaye müəssisələrinin yaradılması barədə razılığa gəliblər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib.
"Biz silah istehsalına ümumi investisiyaların qoyulması barədə də müzakirələr apardıq və bu danışıqları tez bir zamanda başa çatdırmaq niyyətindəyik. Birgə müəssisələr yaradacağıq. Polşa və Ukrayna şirkətlərinə sərmayə qoyacağıq”, - o vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət