Dərc edildi: Baxış sayı: 296
Ukrayna NATO üzvlüyündən imtina edə bilər?
“Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaqdan imtinası danışıqlar zamanı Kiyevin təhlükəsizlik zəmanəti ilə əvəz oluna bilər”.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,bu barədə Avstriyanın “Die Presse” nəşrinə Çexiya Prezidenti Petr Pavel bildirib.
“Danışıqlar aparmaq olar, çünki Ukraynanın NATO-ya üzvlüyü, məsələn, təhlükəsizlik zəmanəti ilə əvəz edilə bilər”, - Pavel vurğulayıb.
Qeyd edək ki, 2012-2015-ci illərdə Pavel Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. 2015-2018-ci illərdə isə NATO Hərbi Komitəsinin sədri (Şərqi Avropa dövlətinin bu vəzifəni tutan ilk nümayəndəsi) kimi çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət