Ukrayna NATO-nun üzvü olacaq - Qərar verildi
Hurriyyet.org xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın NATO-ya üz ola biləcəyini bildirərək söyləyib: “Müttəfiqlərin hamısı Ukraynanın NATO-nun üzvü olmasına qərar verdi. Ukraynanın NATO-ya qoşulması üçün lazımi islahatların həyata keçirilməsi məsələsində ona kömək edəcəyik”.
Ukraynanın "1+1" televiziya kanalına müsahibə verən Stoltenberq Ukraynanın NATO-nun üzvü olmaq ehtimalını dəyərləndirib.
Monteneqronun NATO-ya iki il əvvəl üzv olduğunu xatırladan Stoltenberq deyib: “Qarşıdakı bir neçə ay ərzində Makedoniya NATO-nun üzvü olacaq. Polşa və Baltik dövlətlərinin Berlin divarının yıxılmasından sonra NATO-nun üzvü olacağını heç kim xəyalına gətirə bilməzdi”.
Ukraynanın NATO-ya üzv ola biləcəyindən danışan Stoltenberq söyləyib: “Müttəfiqlərin hamısı Ukraynanın NATO-ya üzv olmasına qərar verib. Ukraynanın NATO-nun üzv olması üçün lazımi islahatları həyata keçirməsi və cəmiyyətini modernləşdirməsi məsələsində köməkçi olacağıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət