Ukrayna mətbuatında 20 Yanvar faciəsi ilə bağlı yazılar dərc olunub
Ukrayna mətbuatında SSRİ Silahlı Qüvvələri tərəfindən 20 yanvar 1990-cı ildə Bakıda törədilmiş qırğınla bağlı analitik yazı dərc olunub.
“Report”un Kiyev bürosunun verdiyi məlumata görə, yazı ölkənin aparıcı media vasitələrində işıq üzü görüb.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının sədr müavini Murad Cəfərovun müəllifi olduğu “Ukrayna və Azərbaycan dərd qardaşlığı” adlı yazıda 1990-cı ildə Sovet qoşun növünün Bakıda azadlıq uğrunda ayağa qalxan azərbaycanlılara qarşı törətdiyi qırğın faktlar və statistika üzrə göstərilir.
Daha sonra yazıda ukraynalıların və azərbaycanlıların istər keçmiş Sovet imperiyası tərəfindən, istərsə də ondan sonrakı dövrdə üzləşdiyi faciələrdən, sepratizm və işğal faktından söz açılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət