Dərc edildi: Baxış sayı: 682
Ukrayna klubunda kütləvi yoluxma: Oyun təxirə salındı
Futbol üzrə Ukrayna Premyer Liqasında (UPL) XXIV turun "Karpatı" - "Mariupol" oyunu keçirilməyəcək.
"Report"un yarışın rəsmi saytına istinadən məlumatına görə, səbəb Lvov təmsilçisinin bəzi futbolçuları və əməkdaşlarının koronavirus testlərinin müsbət nəticə verməsidir. Onlar özünütədric rejiminə keçiriliblər və hamısında xəstəliyin simptomsuz yayıldığı bildirilib. Klub dərhal UPL rəhbərliyini bilgiləndirib.
Görüş mayın 31-nə nəzərdə tutulurdu. Qarşılaşmanın gələcək taleyinə dair qərar tezliklə veriləcək.
Qeyd edək ki, UPL bu gün bərpa olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət