Slimfit
  1. DÜNYA

Ukrayna bu halda Aİ-yə üzv ola bilər - Müxalifət lideri açıqladı

Ukrayna bu halda Aİ-yə üzv ola bilər - Müxalifət lideri açıqladı
Sakura

Ukrayna bu halda Aİ-yə üzv ola bilər - Müxalifət lideri açıqladı

"Ukraynanın Avropa Birliyinə daxil olmaq şansı var, lakin bunun baş verməsi üçün hərbi əməliyyatlar dayandırılmalıdır".

Ens.az Teleqraf.Az-a istinadən xəbər verir ki,bu sözləri Almaniyanın müxalifət blokunun lideri Fridrix Merz "ZDF" kanalında kansler Olaf Şoltsla teledebat zamanı deyib.

“Hazırda Ukraynanın NATO-ya üzvlüyü müharibə vəziyyətində olan ölkə statusuna görə mümkün deyil. Bununla belə, Aİ-yə namizəd statusu düzgün addımdır. Artıq bu istiqamətdə iş gedir”, - siyasətçi vurğulayıb.

Merz xatırladıb ki, Aİ sazişlərində NATO-nun oxşarı kimi qarşılıqlı müdafiə ilə bağlı müddəalar var.

"Bu, Ukraynanı əlavə təhlükəsizlik səviyyəsi ilə təmin edəcək", - Merz bildirib.

 

Onun sözlərinə görə, inteqrasiya prosesi vaxt aparacaq və əsas şərt münaqişənin mümkün qədər tez başa çatmasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR