Ukrayna baş əyməyəcək: Zelenskidən Putinə cavab
Donbasdakı problemlərin həlli üçün Rusiya ilə müzakirələrə hazıram.
Axar.az xəbər verir ki, bunu Ukraynanın yeni Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Donbasdakı vəziyyətlə bağlı söylədiklərinə cavab olaraq Feysbuk səhifəsində yazıb.
O, Ukrayna ilə təhdid və təzyiq dilində danışılmaması gərəkdiyini bildirib:
“Normandiya formatındakı müzakirədə Rusiyanın da gərginliyi azaltmağa hazır olduğunu göstərəcəyinə ümid edirəm. Öz tərəfimizdən Ukrayna ilə Rusiyanın birgə var olması üçün yeni şərtlərdən danışmağa hazırıq”.
Zelenski vəziyyətin həqiqi mənada normallaşmasının yalnız Donbas və Krımdakı işğalın sonlandırılması ilə baş tutacağını bildirib:
“Sözün həqiqi mənasında Ukrayna baş əyməyəcək!”
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Donbasdakı münaqişənin yalnız Minsk razılaşmalarının tamamilə yerinə yetirilməsindən sonra başa çata biləcəyini deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət