Dərc edildi: Baxış sayı: 521
Ukrayna Banderaya Rusiya sərhədində abidə qoyur
Ukrayna Millətçiləri Təşkilatının lideri Stepan Banderaya Sumsk vilayətinin Konotop şəhərində abidə qoyulacaq.
Axar.az xəbər verir ki, bu barədə İvano-Frankovsk vilayətinin meri Ruslan Marçinkiv Feysbuk səhifəsində yazıb.
“Konotop meri Artyom Semenixinlə məsləhətləşdikdən sonra Banderaya orada abidə qoyacağıq. Bu, Banderanın Ukraynanın ən şərqində qoyulan abidəsi olacaq, həm də Rusiya sərhədinin yaxınlığında”, - Marçinkiv bildirib.
Qeyd edək ki, Konotop şəhəri Rusiya sərhədindən 70 kilometrlik məsafədə yerləşir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət