Dərc edildi: Baxış sayı: 763
Ukrayna AŞPA-dan imtina etdi
Ukrayna Avropa Şurası Parlament Assambleyasının növbəti sesiyasında iştirakdan imtina edib.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində ukraynalı deputat Boqdan Yaremko paylaşıb.
Məlumata görə, Kiyev təşkilatın öz prinsiplərini pozmasına başqa cür reaksiya verməyin mümkün olmadığını bildirib və bu səbəbdən belə bir addımı atıb.
Ali Radadakı fraksiyaların əksəriyyəti qərarı dəstəkləyib.
Qeyd edək ki, AŞPA-nın payız sesiyası sentyabrın 30-dan oktyabrın 4-nə qədər davam edəcək.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət