Dərc edildi: Baxış sayı: 529
Ukrayna Ali Radası Pavel Klimkinin istefasını qəbul etməyib
Ukrayna Ali Radası Xarici İşlər naziri Pavel Klimkinin istefasını qəbul etməyib.
AZƏRTAC xəbər verir ki, Ali Radanın bu gün keçirilən iclasında P.Klimkinin istefasının qəbulu üçün ən azı 150 deputat lehinə səs verməli idi.
Qeyd edək ki, Pavel Klimkin mayın 17-də vəzifədən istefa verdiyini bəyan edib. Mayın 20-də Prezident Vladimir Zelenskinin andiçmə mərasimindən sonra sənəd Ali Radaya və Prezidentə təqdim olunub.
Xatıqladaq ki, Ali Rada bir müddət öncə Baş Nazir Vladimir Qroysmanın da istefasını qəbul etməmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət