Slimfit
  1. BİOQRAFİYA

Uilyam Folkner: Hollivuddan imtina edərək kəndli kimi qalmağı seçən Nobel mükafatçısı

Uilyam Folkner: Hollivuddan imtina edərək kəndli kimi qalmağı seçən Nobel mükafatçısı
Sakura

Uilyam Folkner: Uğursuz Hollivud macərası

O sadə bir kənd adamı kimi qala bilməsi üçün "xəyal fabriki" nin əzəmətindən imtina etdi.

Nobel mükafatı laureatı Uilyam Folkner yazmağa "əyləncə xatirinə" başlamışdı. Amerikanın cənubunda yerləşən Missisipidəki kiçik bir Oksford şəhərindən olan bu oğlan uzun müddət bir yerdə qərar tuta bilmədi: poçt şöbəsində xidmət etməyə (buradan qovuldu), bankda işləməyə (biabırçı şəkildə qovdular), pilot olmağa (götürmədilər) çalışdı.

O hətta məktəbdə ən süst və anlayışsız şagird idi, heç nə etmək istəmirdi, sadəcə şəkil çəkir və nəsə yazırdı.

Ağa və hökmdar

Və beləcə, Folkner "əyləncə xatirinə" əyalət amerikalıları haqqında əyalət hekayələrini tərtib etməyə başladı. Ona özünü kəşf etməkdə Şervud Anderson kömək etdi. Məşhur yazıçı deyirdi:

"Siz Folkner, bir kənd uşağısınız və bildiyiniz tək şey Missisipidə göz açdığınız o kiçik torpaq sahəsidir. Ancaq bu da kifayətdir. Bu da Amerikadır .. Amerikaya lazım olan odur ki, baxasan, onu dinləsysən və bacarsan, başa düşəsən".

Beləliklə, Folkner özünün xəyali Yoknapatof bölgəsini yaratdı və başa düşdü ki: "Bütün həyatım bu mövzusunu əhatə etməyə kifayət etməz". O, bu xəyali dünyanı bütün ürəyi ilə sevirdi, buranın xəritəsini çəkmiş və üzərində aptek, ədliyyə, əsas personajların evləri, fermaları, tirləri, tarlaları, yollarını...göstərmiş və imza atmışdı : "Ceferson, Yoknapatofa bölgəsi, Missisipi, Sah. 2400 kv. mil Əhali: ağlar - 6298, qaralar - 9313. Uilyam Folkner - yeganə ağa və hökmdardır.

Estell

13 yaşında olanda Folkner sevdiyi qıza - Estell Oldhama şeirlər yazmışdı. Lakin Estell başqası ilə ailə qurdu və Çinə getdi. Uilyam onu ​​unuda bilmədi və Estell Çindən ərsiz, lakin iki övladı ilə geri qayıdanda onlar evləndilər.

Yeni ailədə ümidsiz şəkildə pul çatmırdı. Kiçik bir kirayə mənzil tutdular və Folkner yerli elektrik stansiyasında ocaqçı kimi işə başladı. Gecələr o bu kömür bunkerində tərs çevrilmiş çarxlı arabanın arxasında oturur və romanlarını yazırdı.

Ədəbi tənqid, yazıçıya xoş reaksiya verdi, şöhrət qazandı, amma pul yenə də fəlakətli dərəcədə az idi. Və bu vaxt Hollivud ona maraq göstərdi. Folkner bunun pul qazanmağın ən yaxşı yolu olduğunu başa düşdü. Özü haqqında "mən yazıçı deyil, əkinçiyəm" deyən, Oksforddan ayrılmağı sevməyən, zahiri dünyaya tamamilə laqeyd olan bu adam daşı ətəyindən tökməli və razılaşmalı oldu.

Özünü unutmaq

- O yeni iş yerinə ayaq basan kimi - Miki Maus-la bağlı mənim bir neçə ideyam var- dedikdə, Uilyama dərhal izah etdilər ki, Mikki Mausu Disney-in studiyasında çəkirlər, burada isə ondan fikir zad gözləmirlər, ondan yalnız deyilənləri etməsini gözləyirlər :

"Sizi buraya dəvət etdik, çünki parlaq bir şəxsiyyətiniz var, amma burada işləyərkən bu barədə unutmağınızı israr edirik."

Bir neçə il ərzində Folkner Hollivudun köləsi oldu. Bu işə bütün ürəyi ilə nifrət etdi. Ocaqxanada çox daha asan idi!

"Düzünü deyim, nə olur-olsun, lap səs keçirməyən yataq otağ, astma, bircə bu iş yox", deyə tükənmiş ümidsizlik içində yazırdı o.

Estell yeni ictimai həyata can atsa da, Faulkner onu evə, doğma yurduna qayıtmağa inandırdı.

"Amerikaya sənətkar lazım deyil", - anlamışdı.

Ümumiyyətlə, Folkner düşündü ki, dünyanın insan ruhunun problemləri ilə məşğul olan insanlara ehtiyac yoxdur. Dünyaya sabun və siqaret ticarəti etmək, otellər və dəniz səyahətlərini reklam etmək istəyən insanlar lazımdır.

Bağışlayın, amma belə işlər onun üçün deyil. O kənd uşağı olaraq qaldı və romanlarını yazmaq, Yoknapatof dairəsindəki öz Ceffersonunu təsvir etmək istəyir. Nəsə bir səhv varsa, bağışlayın.

Nobel mükafatı

Lakin həyat göstərdi ki, yazıçı öz istedadından Hollivudun cazibəli parıltısı xatirinə imtina etməməklə düzgün seçim etdi. 1947-ci ildə Folknerə Stokholmdan bir zəng gəldi: Uilyam, "Müasir Amerika romanının inkişafına misilsiz və orijinal yaradıcı töhfəyə görə" Nobel mükafatı diplomuna və otuz min dollara layiq görülmüsünüz .

Nobel mükafatı da Folkneri dəyişmədi. Və o, həmişəki kimi inadkar bir əyalət adamı olaraq qaldı. ABŞ prezidenti Con Kennedi onu Nobel mükafatçılarının şərəfinə yeməyə dəvət edəndə Folkner demişdi:

“Ona deyin ki, tanımadığım adamlarla nahar etməkdən ötrü bu qədər uzaq yol getmək üçün çox yaşlıyam.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR