Dərc edildi: Baxış sayı: 539
Uhanda koronavirusa yoluxanların müalicəsi başa çatıb
Yeni növ koronavirus (COVİD1-9) pandemiyasının yayıldığı Çinin Hubey əyalətinin paytaxtı Uhan şəhərində virusa yoluxan sonuncu xəstə də xəstəxanadan evə buraxılıb.
APA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, sonuncu xəstə aprelin 24-də xəstəxanadan buraxılıb.
Qeyd edək ki, Uhanda 46,4 min nəfər koronavirusa yoluxub. Bu, Çində virusa yoluxanların 54 faizini təşkil edir. Uhanda koronavirusa yoluxanlardan 3,8 min nəfər ölüb. Bu, Çində virusa yoluxma nəticəsində ölənlərin 84 faizini təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət