Slimfit
  1. İDMAN

UFC tarixində qeydə alınmış ən tez 5 nokaut

UFC tarixində qeydə alınmış  ən tez 5 nokaut
Sakura

Qaydasız döyüş tarixində qeydə alınmış ən tez 5 nokaut

UFC-də 2011-ci ildə qeydə alınan altı saniyəlik rekord 2019-cu ildə yenilənib.

Yanvarın 19- da baş tutan McGregor-in qələbəsi ilə sonuclanan döyüş cəmi 40 saniyə davam etsə də, ümumilikdə ilk beş rekord sırasına düşməyib. İrlandiyalı Conor McGregor ilə Amerikalı Donald Cerrone arasında olan döyüş Las-Veqasdakı UFC 246 turnirində keçirilib. İrlandiyalının belə tez qələbə qazanması gözlənilməz olub. Mübarizə ilk raundun ilk dəqiqəsində texnıkı nokautla başa çatıb. Bu döyüş 2018-ci ilin payızında rusiyalı Habib Nurmagomedov-a məğlub olduqdan sonra McGregor-in ilk qələbəsi kimi yadda qalıb.

Aşağıda indiyədək UFC-də daha tez başa çatan döyüşləri təqdim edirik :

Amerika "sürətli atəşi"

Qarışıq döyüş növündə ABŞ-dan olan Xorxe Masvidal, həmyerlisi Ben Askreni ötən ilin iyulunda Las Veqasda UFC 239 turnirində cəmi beş saniyə ərzində məğlub etmişdi. Amerikalı bu nokaut sayəsində tarixi qələbəyə nail olmuşdu. Rəqibi başına dəyən diz zərbəsinin təsirindən sonra artıq ayağa qalxa bilməmişdi. Bu, UFC tarixində rekorddur.

" Koreyalı Zombi": qazanmaq üçün 6 saniyə

2011-ci ilin dekabr ayında "Koreyalı zombi" ləqəbli Chan Sung Jang kanadalı Mark Khominik-i cəmi altı saniyə ərzində məğlub etməyə nail olmuşdu. Bu, Kanadada UFC 140 turnirində qeydə alınmışdı. "Koreyalı zombi", döyüşün ilk saniyələrində sol əli ilə vurduğu güclü zərbə zamanı tamaşaçılar da şoka düşmüşdü, sonra Khominik sağdan gələn zərbələrə "açılmış" və nokauta düşmüşdü. Bu, 2019-cu ilə qədər rekord sayılırdı.

Üçüncü yer: 7 saniyədə iki qalibiyyət

Ədalət naminə öncə Amerika Birləşmiş Ştatlarından olan ağır çəkili Todd Duffy-ın 2009-cu ilin avqustunda kanadalı Tim Heyqə yeddi saniyədə qalıb gəldiyi parlaq döyüşü xatırlamaq lazımdır. ABŞ-ın Oreqon ştatında keçirilən döyüşdə Duffy-nın ardıcıl endirdiyi yumruq zərbələri rəqibini nakauta salmış və ağır çəkidə nokaut rekordunu müəyyən etmişdi.

Təəssüf ki, Heyq cəmi 36 yaşında dünyasını dəyişdi. Ölümünə səbəb isə Adam Braidwood-lə boks görüşündə nokautla məğlubiyyəti səbəb oldu. Döyüşdən sonra kanadalı idmançı özünü pis hiss edir, xəstəxanaya yerləşdirilir və orada beyninə qan sızmasından yaranan təzyiqi azaltmaq üçün əməliyyat keçirildikdə komaya düşür. Bir müddət sonra isə ürəyi dayanır.

Yeddi saniyə davam edən daha bir döyüş 2012-ci ildə Kanadada baş tutub. Həmin turnirdə Avstraliyadan olan yüngül çəkidə mübarizə aparan Anthony Perosh, kanadalı Rayan Jimmoya məğlub oldu: Rəqibi onu nəinki nokaut etdi, həm də Avstraliya idmançısının iki ildə ilk məğlubiyyəti ilə əlaqəli internetdə məşhurlaşan zarafatların yaranmasına səbəb oldu.

Dördüncü yer: üç döyüş üçün 8 saniyə

1996-cı ildə Puerto Rikoda UFC 8 turnirində amerikalı Don Fry və yerli idmançı Tomas Ramirez arasında döyüş keçirilirdi. ABŞ-dan olan 93 kq çəkili döyüşçü, təxminən 186 kiloqram ağırlığındakı rəqibinə qarşı mübarizə aparırdı. Tamaşa qarşıdurmanın özündən daha uzun sürdü: Fry bir neçə yumruqla Ramirezin çənəsini sağdan zərbələr endirdi və onun yerə yıxılmadan huşunu itirməsinə səbəb oldu. Fry üçün bu UFC-də ilk qələbə idi. Səkkiz saniyə bu turnirdə geniş yayılmış hadisədir. 2008-ci ildə amerikalı yüngül çəkili Ceyms Irvin Kanadada keçirilən UFC Fight Night-da həmyerlisi Alexander Houstonu nokauta salıb. 2015-ci ildə Finlandiya təmsilçisi Makwan Amirkhani və Böyük Britaniyadan Andy Ogla arasındakı döyüşün də müddəti eyni qədər çəkdi. Start fiti çalınan kimi fin idmançı onu salamlamaq üçün irəli gələn rəqibinin bu cəhdini qulaqardına vuraraq yuxarı sıçramaqla dizi ilə ona ağır zərbə endirmişdi.

Səkkiz saniyəlik nokautla başa çatan daha bir döyüş orta çəki dərəcəsi üzrə rekord olub. Yamayka mənşəli ingilis döyüşçü Leon Edvards amerikalı Seth Bazinsky ilə qarşılaşmada sol əllə birbaşa zərbə ilə rəqibini nokaut edib.

Bu, 2015-ci ildə Polşanın Krakov şəhərində keçirilmiş UFC Fight Night 64 turnirində qeydə alınmışdı.

Beşinci yer: çənəni əzməyə 9 saniyə

2007-ci ildə Amerikalı döyüşçü Grey Maynard Nevada-da keçirilən UFC Fight Night turnirində iştirak edərək burada həmyerlisi Joe Veres-i məğlubiyyətə uğradıb. Maynard özünü guya gerı çəkilirmiş kimi göstərərək rəqibini əllərini aşağı salmağa məcbur edərək, çevik bir hərəkətlə onun çənəsinə solaxay zərbə ilişdirib nokauta salmışdı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR