Dərc edildi: Baxış sayı: 557
UEFA 'Yuventus'un futbolçusunu iki oyunluq cəzalandırıb
UEFA Bosniya və Herseqovina millisinin futbolçusu Miralem Pyaniçi iki oyunluq cəzalandırıb.
"Report" xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin AVRO-2020-nin II turunda evdə "Yunanıstan"la matçda (2:2) qırmızı vərəqə ilə cəzalanmasıdır.
İtaliya "Yuventus"unun şərəfini qoruya oyunçu 65-ci dəqiqədə rəqibi Zekaya qarşı kobudluq edib və meydandan qovulub.
Qeyd edək ki, Bosniya və Herseqovina seçmə mərhələdəki növbəti iki oyununu iyunun 8-də və 11-də keçirəcək. Komanda müvafiq olaraq, Finlandiya və İtaliya ilə üz-üzə gələcək. Hər iki görüş də səfərdə təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət